Fransız kəşfiyyatı çökdü: Tehran qalmaqalı böyüyür

0
52

Fransız bürokratiyası kəşfiyyat və təhlükəsizlik qalmaqalları ilə sarsılır. Son 2 ildə Fransa Xarici Kəşfiyyat Xidmətinin direktorluğunda 4 ad dəyişib, daxili kəşfiyyat bölmələrində isə 2 ləğvetmə olub. Son qalmaqal ötən il Tehranda Fransaya casusluq etdiyi üçün həbs edilən Bernard Felanla bağlıdır. 

Fransız kəşfiyyatı həm xaricdə, həm də daxildə böyük təhlükəsizlik zəiflikləri nümayiş etdirir. Həbs edilən agentinə belə əhəmiyyət verməyən Fransada polisin qeyri-proporsional və uğursuz əməliyyatları ictimaiyyətin də reaksiyasına səbəb olur.

Fransada başlayan kəşfiyyat qalmaqalına bir müddət əvvəl Bernard Felanın açıqlamaları əlavə edilib. İranda turizm şirkətini idarə edən və keçən il Fransanın xeyrinə casusluq ittihamı ilə həbs edilən Bernard Felandan şok açıqlamalar gəlib.

Bu yaxınlarda azadlığa buraxılmış Felan həbsdə olduğu günlər haqqında qlobal kəşfiyyat nəşri “Intelligence Online” (IO) ilə danışıb.

Felan uzun müddət İranın şimalındakı Vəkilabad həbsxanasında saxlandığını diqqətə çatdırıb:

“Tehrandan gələn xüsusi agentlər tərəfindən dəfələrlə sorğu-sual olunmuşam. Fransa Xarici İşlər Nazirliyi saxlanıldığım müddətdə mənə demək olar ki, əhəmiyyət vermədi”.

Fransa kəşfiyyatı da ölkə daxilində qarışıqlıq içindədir. 244 illik tarixi ilə Fransanın ən yaxşı texniki elmlər universiteti sayılan “Ecole Nationale Superieure d’Arts et Metiers”də çalışan Çin əsilli akademikin Çin Ordusu üçün çalışdığı və kəşfiyyat məlumatları topladığı ortaya çıxıb.

Adı açıqlanmayan akademikin universitetdə xüsusi icazə ilə girişin olduğu hərbi tədqiqatların aparıldığı laboratoriyadan illərdir istifadə etdiyi müəyyən edilib. Sözügedən akademikin iyunun 5-də viza yenilənməsi üçün müraciəti rədd edildikdən sonra Çinə getdiyi də əldə edilən məlumatlar arasındadır. Akademikin hərbi sənaye sahəsində universitetin özəl laboratoriyasından əldə etdiyi texniki bilikləri Çinin Şimal-Qərb Politexnik Universitetinə köçürdüyü düşünülür.

Fransa təkcə xaricdə deyil, həm də daxildə böyük təhlükəsizlik problemlərindən əziyyət çəkir. Məqalədə bildirilir ki, Fransanın 175 xüsusi əməliyyat polisi bu yaxınlarda Paris və Nitsada eyni vaxtda keçirilən əməliyyatlarda terrorla heç bir əlaqəsi olmayan şəxsləri həbs edib. Fransada polis hər ay uğursuz əməliyyatlar həyata keçirir. Fransa polisinin “ehtiyatsız” basqınları cəmiyyətdə, xüsusən də azlıqlar arasında ciddi reaksiyalarla qarşılanır. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı açılan davaların sayı günü-gündən artır.