“Fransisko” tayfunu Yaponiyanı hədəfə aldı

0
485

Yaponiya aviaşirkətləri ölkənin cənub-qərb hissəsində tüğyan edən güclü “Fransisko” tayfununa görə 150-dən çox təyyarə reysini təxirə salmağa məcbur olub.

Aviareyslər əsasən Kyusyu adasını ölkənin digər bölgələri ilə birləşdirən daxili istiqamətlərdə təxirə salınıb.

Pis hava şəraiti ölkənin cənub-qərbindəki dəmir yolu nəqliyyatında da fasilələrə səbəb olub.

Güclü külək və leysan yağışları insanlar üçün olduqca təhlükəlidir: 15 mindən çox yaponiyalı təxliyə barədə məlumatlandırılıb.

“Fransisko” Sakit okeandan Koreya yarımadası istiqamətində hərəkət edir, ordan isə Vladivostoka üz tutacaq.