Fransaya vaxt qoyuldu, daha bir ölkədən GERİ ÇƏKİLDİ

0
162

Fransa Nigerin paytaxtı Niameydəki səfirliyini növbəti xəbərdarlığa qədər bağlayıb.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin kommünikesində bildirilib.

Səfirlik Parisdən fəaliyyətini davam etdirəcək.

Qeyd eək ki, dekabrın 22-də Fransa nəhayət Nigerdən son hərbi kontingentini də çıxarıb.

Dekabrın 13-nə olan məlumata görə, Nigerdə ​​cəmi 157 Fransız əsgəri qalmışdı və Niger Silahlı Qüvvələri dekabrın 22-ni fransız əsgərlərinin ölkədə qalması üçün son gün elan edib.