Fransanın Maliyyə Cinayətləri üzrə Prokurorluğu ölkənin 23-cü Prezidenti Nikola Sarkozini cinayətkar qrup yaratmaqda günahlandırdıb.
Sabiq prezident 2007-ci ildə seçki kampaniyasının Müəmmər Qəddafi rejimi tərəfindən maliyyələşdirilməsində ittiham edilir.
Qeyd edilir ki, Fransa tarixində keçmiş prezidentə qarşı ilk dəfə belə bir ittiham irəli sürülür.
Bu, Sarkoziyə qarşı irəli sürülən dördüncü ittihamdır. 2018-ci ildə o, passiv korrupsiya, qanunsuz şəkildə seçki kampaniyasını maliyyələşdirmə və Liviyada dövlət vəsaitini gizlətməkdə günahlandırılıb.
Sarkozi dəfələrlə bu iddiaları rədd edib. Cinayət qrupu yaratmaqda günahlandırıldığı barədə xəbərlər çıxdıqdan sonra o, “Facebook”da günahsız olduğunu yazıb.