Fransanın dövlət borcu rekord səviyyədədir

0
14

Fransanın dövlət borcu 3,305,3 milyard avroya çatıb, büdcə kəsiri 2024-cü ildə ÜDM-in 5,8%-ni təşkil edib.

Bu haqda Statistika və iqtisadi tədqiqatlar Milli İnstitutu (İNSEE) məlumat yayıb.

İNSEE bildirib ki, 2024-cü ildə büdcə kəsirinin ÜDM-in 5,8 %-ni təşkil etməsi Avropanın tələbi olan 3%-dən çox yüksəkdir. Dövlət borcu isə 3 305,3 milyard avroya və ya ÜDM-in 113%-nə yüksəlib.

Baş nazir Fransua Bayrunun əsas milli düşmən kimi təsvir etdiyi dövlət borcunun yaxın illərdə, əlavə xərclər tələb edən yenidən silahlanma ilə artacağı proqnozlaşdırılır.

Dövlət borcu 2023-cü ilin sonundakı 109,8%-dən (və ya 3 102,5 milyard avro) 2024-cü ilin sonunda ÜDM-in 113%-nə (və ya 3 305,3 milyard avro) yüksəlib. Bu böhran və ya müharibə dövrləri xaricində rekord səviyyədir.

Hökumət 2029-cu ildə Avropa İttifaqı həddi olan 3%-dən aşağı səviyyəyə çatmazdan əvvəl 2025-ci ildə kəsiri ÜDM-in 5,4%-nə endirməyi planlaşdırır.

Qeyd edək ki, Avropa İttifaqı daxilində yalnız Yunanıstan və İtaliyanın dövlət borcu Fransadan daha yüksəkdir, Fransa isə büdcə kəsiri baxımından ən pis göstəriciyə malikdir.