Fransadakı müsəlmanlardan Makrona sərrast cavab- Kilsənin keşiyində durdular…

0
343

Kilsənin keşişi isə belə çətin anlarda bu aadımın ona ümid verdiyini etiraf edib…

 Fransada doğulmuş  Əl-Yazid Benferhat ölkənin Nitse şəhərindəki bir kilsəyə hücum barədə xəbər və reportajları gördükdən sonra dəhşətə gəlib və hərəkətə keçmək qərarını verib. 
Fransada neft şirkətinin əməkdaşı olan Benferhat müsəlman dostlarına zəng edib və ibadət zamanı məbədi mühafuzə etmək üçün bazar günü yerli katolik kilsəsində görüşməyə razı olublar. 
Lodev şəhərindəki xristian ibadətgahın ziyarətçiləri, şərq görünüşlü cüssəli gənclərin dəstəsini görəndə əvvəlcə həyəcanlanıblar. Kilsənin keşişi isə bu cür jestlərin ona belə çətin anlarda ümid verdiyini etiraf edib. 
Məbədin rəhbəri Lui Inigez  xatırə üçün müsəlman fəallarla birgə şəklini kilsənin içərisində asıb. 
Benferhat və müsəlman dostları o vaxta qədər koronavirus pandemiyası ilə bağlı ciddi karantin tədbirlərinin görülmədiyi təqdirdə katolik Milad bayramı ərəfəsində də yenidən kilsənin mühafizəsinə başlamaq niyyətində olduqlarını bildiriblər.
Bu mərd addımlarıyla müsəlmanlar Fransa prezidenti Makronun islamofob çıxış və addımlarına cavab veriblər.