Fransada tarixi abidələr satışa çıxarılır

0
366

Fransa ərazisində yerləşən qədim qəsrlər satışa çıxarılıb.

Koronavirus pandemiyası ilə əlaqədar tarixi abidələrin sahibləri gəlirlərinin bir hissəsindən məhrum olublar.

Fransada qəsr, qala və digər tarixi abidələrdən müxtəlif tədbirlərin keçirilməsi üçün istifadə olunur və qədimi mülklərin sahibləri mülkiyyətlərini müvəqqəti icarəyə vermək hüququna malikdirlər.

Ekspertlərin proqnozlarına görə, qəsr və tarixi tikililərin sahibləri 2020-ci ildə gəlirlərinin 80 faizini əldən verəcəklər.

Qeyd edək ki, dövlətə məxsus tarixi qəsr və binaları təkcə Fransa satmır. Avropanın bir çox dövlətlərində tarixi saray və binaların satışa çıxarılmasına icazə verən qanun mövcuddur