Fransada insanlar küçələrə axışdı: İstəmirik…

0
822

Fransa hakimiyyəti tərəfindən tətbiq olunan maskaların məcburi taxılmasına qarşı Parisdə və ölkənin digər böyük şəhərlərində, xüsusən Nant, Kann və Renndə mitinqlər keçirilir.

Bu barədə Fransa polisi məlumat yayıb.

Etirazçıların əllərində “Sanitar diktatura rədd olsun!”, “Maska taxmaq istəmirik!”, “Xalqa hakimiyyət!” şüarları yazılmış plakatlar olub. İzdihamda tələbələr, pensiyaçılar, müəssisə işçiləri, eləcə də “sarı jiletlilər”in bir neçə nümayəndəsi iştirak edib.

Qeyd edək ki, küçələrdə və ya mağazalarda maskadan istifadə etməyənlər 135 avro cərimə olunur.