Fransanın cənubunda iki-üç gün əvvəldən başlayan Alex fırtınası bir nəfərin ölümünə, 11 nəfərin itkin düşməsinə və ciddi maddi ziyana səbəb olub.
Fırtına ölkənin cənub-şərqində şiddətli yağış və selə səbəb olub.
Saatda 186 kilometrə qədər sürəti olan külək Brest şəhərində bir nəfərin ölümünə səbəb olub.
Səlahiyyətlilər əhalidən evlərini tərk etməməyi və ehtiyac olmadığı təqdirdə nəqliyyat vasitələrindən istifadə etməməyi istəyiblər.
Ən azı 11 nəfərin itkin düşdüyü fırtına səbəbindən 60 mindən çox evə elektrik enerjisinin verilişi dayandırılıb.
Bölgədəki bütün qatar xidmətləri ləğv edilib.
Leysan yağışlarının sabah gecəyə qədər davam edəcəyi gözlənilir.