“Avro-2020” seçmə mərhələsi çərçivəsində keçirilən Fransa – Albaniya matçında qalmaqallı hadisə yaşanıb.
Paris şəhərinin “Stade de France” stadionunda baş tutan görüşdə Fransa millisinin himni oxunduqdan sonra sıra Albaniyanın himninə gəldi. Fransızlar Albaniya millisinin himninin yerinə ilk öncə Andorranın, sonra isə Ermənistanın himnini səsləndiriblər. Albaniya millisinin üzvləri öz himnləri oxunmadan matça başlamayacaqlarını bildiriblər və 7 dəqiqəlik gecikmədən sonra qarşılaşma başlayıb.
Matç Fransa millisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.