Fransa Rusiyanın 35 diplomatını geri göndərəcək.
Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Almaniya 40 rusiyalı diplomatı arzuolunmaz şəxs (persona non-qrata) elan edib.
Öz növbəsində Rusiya XİN-in sözçüsü Mariya Zaxarova rusiyalı diplomatların geri göndərilməsinə görə cavab tədbirləri görüləcəyini bildirib.
Mənbə: BFM TV