Fransa qondarma “dqr”lə xartiyaları ləğv etdi

0
462

Fransanın Lion İnzibati Məhkəməsi Sent-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış iki xartiyanı ləğv edib.
2018-ci oktyabrın 21-də Sent-Etyen və Şuşa, eləcə də 2017-ci ilin sentyabrın 25-də Desin-Şarpyö və Çartar şəhərləri arasında imzalanmış dostluq xartiyaları Luar (Loire) və Ron (Rhone) prefekturaları tərəfindən ləğv olunub.
Məhkəmə hesab edib ki, aidiyyəti şəhərlər arasında münasibətlərin inkişafını nəzərdə tutan dostluq xartiyaları əməkdaşlıq fəaliyyətindən ibarətdir. Buna görə də Fransanın beynəlxalq öhdəliklərinə riayət edilməsi baxımından bu xartiyalar imzalanıla bilməz.
Hakimlər bildiriblər ki, Fransa ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağı tanımamaq öhdəliyi götürüb. Buna görə də həmin öhdəlik Fransa hakim dairələrindən bu münaqişə ilə bağlı neytral mövqe tələb edir. Nəticədə Fransa kommunalarının merləri Fransanın beynəlxalq öhdəliklərini bilmədən bu dostluq xartiyalarını imzalayıblar.