Fransa prokurorları Azərbaycanın dostunu mühakimə etmək istəyirlər: Erməni təxribatı?

0
23

Fransanın maliyyə cinayətləri üzrə prokurorları avtomobil şirkətinin keçmiş rəhbəri Karlos Qon və Fransanın mədəniyyət naziri Raşida Datinin korrupsiya istintaqı ilə bağlı məhkəmə qarşısına çıxarılmasını tələb ediblər.

Bu barədə məlumatı “Reuters” məhkəmədəki mənbəyə istinadən yayıb.

Hakim bu tələblə bağlı qərar verməlidir. Müstəntiqlər Fransanın mədəniyyət nazirinin vaxtilə “Renault-Nissan” avtomobil alyansından aldığı məsləhət haqqını araşdırırdılar. Alyans onu Avropa Parlamentinə namizəd olmaq üçün ədliyyə naziri vəzifəsindən istefa verdikdən sonra məsləhətçi kimi işə götürüb.

Dati bu müddət ərzində aldığı ödənişlərdə qanun pozuntusunu rədd edir. O, cümlədən Yaponiyada axtarışda olduğu üçün Livana şəxsi təyyarədə olan bir qutunun içində qaçan Qon da ona qarşı ittihamları rədd edib.

Fransa, Livan və Braziliya vətəndaşlığına sahib olan Qon 2019-cu ildən bəri Yaponiya tərəfindən axtarışdadır və ona görə də, Livanı tərk etməyib.

Mədəniyyət Nazirliyinin nümayəndələri şərh sorğusuna cavab verməyiblər. “Renault” nümayəndələri də şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, Raşida Dati Fransada azsaylı siyasətçilərdəndir ki, erməni lobbisinin nə puluna, nə də təzyiqinə boyun əyib. O, Azərbaycanın haqq işini daim müdafiə edib. Ehtimal olunur ki, bu qondarma ittihamlar da, məhz erməni lobbisinin əli ilə gündəmə gətirilib.