Fransa “Milli Birlik” partiyasının lideri Cordan Bardella Marin Le Penin seçkilərdə iştirakına qadağa qoyulacağı təqdirdə 2027-ci ildə prezidentliyə namizəd olmağa hazır olduğunu bildirib.
O, bu barədə “Le Parisien” qəzetinə müsahibəsində danışıb.
“Heç bir qeyri-müəyyənlik yoxdur. Marin Le Pen mənim namizədimdir. Əgər sabah onun seçkilərdə iştirakına mane olarsa, düşünürəm ki, sizə deyə bilərəm ki, mən özüm namizəd olacam”, – deyə siyasətçi bildirib.