Fransa kəşfiyyatı Durovu görün nəyə sövq edib – “Telegram”ın sahibi RƏDD ETDİ

0
13

“Telegram”ın yaradıcısı Pavel Durov öz kanalının orijinal adını qaytarıb. O, adının fransız dillində olan Du Rove versiyasından imtina edib.

“Du Rove’s Channel” adı Durovun Fransa vətəndaşlığını almasından sonra 1 aprel 2023-cü ildə ortaya çıxıb. Sonra assistent fransız üslubunu təqlid edərək soyadına boşluq əlavə etməyi təklif edib.

Bazar günü Durov Fransa kəşfiyyatının rəhbəri Nikolas Lernerin seçkilər öncəsi Rumıniyada mühafizəkar səslərin fəaliyyətini məhdudlaşdırmaq tələbini yerinə yetirməkdən imtina etdiyini açıqlayıb.

Həmin gün o, “Telegram”ın müəyyən Qərbi Avropa hökumətindən Rumıniyadakı seçkilərə müdaxilə tələbi aldığını bildirib. Onun sözlərinə görə, tələb bu gün keçiriləcək prezident seçkiləri ərəfəsində edilib və Rumıniyada “mühafizəkar səslərin susdurulması” zərurəti ilə bağlı olub. Durov bu tələbi yerinə yetirməkdən qəti şəkildə imtina etdiyini vurğulayıb.