Foto reportyor və videoreportyorların aksiyası

0
536

 Bu gün bir qrup fotoreportyor və video-reportyor etiraz aksiyalarının və vətəndaşların sosial problemlərinin işıqlandırılması zamanı polisin maneə yaratmasına etiraz bildirmək üçün Daxili İşlər Nazirliyi önündə aksiya keçirib.

Piket iyulun 22-də qeyd edilən Milli Mətbuat Gününə həsr olunub.

Etirazçılar jurnalist fəaliyyətinə maneələr yaradılmasına son qoyulmasını tələb ediblər.

Amma polis əməkdaşları etirazçıları DİN binasından uzaqlaşdırıblar. Saxlanılan olmayıb.