“Formula-2” Monako Qran-prisinin startında kütləvi qəza baş verib.
Qəzanı “Formula-2” çempionatının lideri və “McLaren”in gənc pilotu Aleks Dann təhrik edib.
Nəticədə azı 11 pilotun iştirak etdiyi qəza baş verib. Yarışda fasilə yarım saatdan çox davam edib.
Dannın özü də daxil olmaqla yeddi sürücü yarışı davam etdirə bilməyib.
