Floridada sərnişin təyyarəsi çaya düşüb

0
575

Floridanın Ceksonvil şəhərində sərnişinlə dolu təyyarə suya düşüb.

Bu barədə şəhərin meri Lenni Karri tvitter hesabında məlumat verib. Merin sözlərinə görə, “Boeing 737” təyyarəsi enmə zolağına yaxınlaşarkən çaya düşüb. Hava nəqliyyatının göyərtəsində 143 nəfər olub, onların 21-i yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.