
“Müğənnilərdən bir xahişim var: Yalvarıram sizə, şəhid anaları, xanımları ilə görüşəndə bəzəkli-düzəkli getməyin. Bu yaxınlarda məni dəvət etdilər. Müğənnilər çox dəbdəbəli gəldilər”.
Bu sözləri Xalq artisti Flora Kərimova müğənni Niyam Salami ilə söhbətində deyib.
Müğənni sənət adamlarına səslənib. O bildirib ki, şəhid anaları, övladları ilə görüşə gedənlər çox bəzənirlər:
“Şəhid anası ağappaq saçla oturub. Onun yanında yeddiqatdan çıxmış müğənni… Müğənni hiss etmir ki, o, ananın gözündə yaş, üsyan var. Nə olar bəzənməyin! Çünki o xanımın, ananın, ağbirçəyin gözündə həsrəti görürsünüz, hiss etmirsiniz? Onun həyat yoldaşı, övladı, nəvəsi torpağın övladıdır, bizə görə canını verib. Siz bərli-bəzəkli gələndə… Qadının səliqə boynuna biçilib, amma…”.
videoya aşağıdakı linkdən baxa bilərsiniz