Flora Kərimova: “Qızım düşmənlərin tərəfini saxlayır”

0
770

“Ananın “ay can”ı ilə böyüyən bir uşaq idim. Ürəyidolu, gözüdolu yaşamışam. Masam həmişə necə böyüdüyümü mənə xatırladıb”.

Bu sözləri “Dikdaban” proqramında qonaq olan Xalq artisti Flora Kərimova deyib.

O, daha sonra fikirlərinə belə davam edib:

“Bu yaxınlarda bir xanım 4 oktava səsimin olduğunu analizlə sübut etdi. Qadağada olan dövrdə özümə qulaq asırdım, baxırdım ki, pis oxumuram. Mənim nə səsimi, özümü, ailəmi gözdən salmaq mümkün deyil. Haqqımda danışanda düşünüb danışsınlar. 13 yaşından mənə qarşı olan münasibəti 78 yaşımadək saxlamışam – özümün, ailəmin və millətimin naminə. Millət bizim təməlimizdir. Bu ənənəyə sadiq olmaq lazımdır. Bizim xüsusiyyətimiz abırlı, ismətli olmaq, dilini, ağlını Allah yolunda qoymamaqdır”.

Müğənni veriliş zamanı qızı Zümrüdün ona yol göstərdiyini söyləyib:

“Deyir ki, ana, bunu etmə, onu etmə, o, yazıqdır, bu, yazıqdır. Zümrüd də, oğlum da, Yaqut (köməkçisi – red.) da elədir. Yaqut ustaların tərəfini saxlayır, onlar da başımıza oyun gətirir. Qızım düşmənlərin tərəfini saxlayır. Deyir ki, ana, ailəsi, övladı yoxdur, dəymə ona”.