Xalq artisti Flora Kərimova əməkdar artist Elza Seyidcahanın qızı Gülşənin toyuna qatılmayıb.
Müğənni “ATV maqazin”də qarşı tərəfdən üzr istəyib:
“Səhhətimə görə, gedə bilmədim. Təzyiqim qalxmışdı. Toya bir ay əvvəldən dəvət olunmuşdum. Söz vermişdim ki, gələcəm. Elzadan çox üzr istəyirəm. Dostluğumuz davam edəcək. Elzanın hədiyyəsini aparacam. Ona pul verəcəm”.