“Fitch” Azərbaycan üzrə reytinqi təsdiqləyib

0
470

“Fitch Ratings” beynəlxalq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

Bu proqnoz stabildir və ölkənin güclü xarici balansı ilə birgə aşağı dövlət borcunu əks etdirir.

Bundan əlavə, “BB+” reytinqi iqtisadiyyatın karbohidrogenlərdən güclü asılılığını və bank sektorunun davamlı zəifliyində nəzərdə tutur.