Fırtınaya görə təxirə salınmış oyunun vaxtı açıqlandı, UEFA-nın tələbləri pozuldu

0
509

Kiara Fırtınasına görə təxirə salınmış İngiltərə Premyer Liqasının “Mançester Siti” – “Vest Hem” oyununun vaxtına aydınlıq gəlib.

 Fevralın 9-da baş tutmalı olan oyun ayın 19-u keçiriləcək.

Çərşənbə günü keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da baş tutacaq.

UEFA isə Çempionlar Liqası olan saatlarda Avropanın elita çempionatlarında matç keçirilməməli olduğunu açıqlayıb. Çünki UEFA-nın televiziya yayım hüquqlarına görə, həmin gün İngiltərə telekanalı “Tottenhem” – “Leypsiq” matçını göstərməlidir. Bununla belə, bildirilir ki, UEFA da Mançester klubunun düşdüyü durumu və təqvimdə oyun qrafikinin sıx olduğunu bildiyindən, bu matça görə qaydalara göz yuma bilər.

Qeyd edək ki, Kiara Fırtınası İrlandiya, Niderland və Böyük Britaniya ərazisində yayılmış fəal ekstratropik siklon, külək fırtınasıdır. Kiara isə fırtınaya verilmiş İrlandiya adıdır.