Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Türkiyənin İstanbul şəhərində bu gün start götürən Premyer Liqa turnirində finala vəsiqə qazanıb.
60 kq-da mübarizə aparan idmançı qızıl medal görüşünə çıxacaq.
Həmçinin kata üzrə Azərbaycan millisi bürünc medal uğrunda yarışacaq. Hər iki qarşılaşma martın 14-də olacaq.
Yığmanın lideri Rafael Ağayev (-75 kq) isə 1/4 finalda məğlub olaraq medalsız qalıb.
Qeyd edək ki, bu yarış karate millimizin pandemiya dönəmində bir illik fasilədən sonra çıxdığı ilk yarışdır.