Finlandiyada Anım Günü ilə bağlı aksiya keçirilib – FOTO

0
319

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər təşkilatının sədri Ülviyyə Cabbarovanın təşəbbüsü ilə Helsinki şəhərində 27 sentyabr – Anım Günü ilə bağlı aksiya keçirilib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Munkkiniemenranta rayonunda gerçəkləşdirilən aksiya zamanı bir il öncə Ermənistanın genişmiqyaslı hücumuna cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

Şəhidlərimizin ruhuna yandırılan şamlar çiçəklərlə birlikdə dənizə buraxılıb.