Finlandiya iki rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib

0
273

Finlandiya Rusiya səfirliyinin iki əməkdaşını Helsinkiyə göndərmək qərarına gəlib. Bu barədə Finlandiya prezidenti Sauli Niinistönun Dəftərxanasından açıqlama verilib.

Həmçinin Finlandiya tərəfinin bir rusiyalı diplomatın vizasını uzatmaqdan imtina etdiyi də bildirilir. “Finlandiya Rusiya səfirliyinin ezam olunmuş iki əməkdaşını ölkədən çıxarır. Bundan əlavə, Rusiya səfirliyinin bir əməkdaşının viza müddətinin uzadılmasından imtina edilib. Xarici İşlər Nazirliyi bu barədə Rusiya səfirini məlumatlandıracaq” – deyə məlumatda bildirilir.

Mənbə: RİA Novosti