ABŞ-ın Kanzas ştatında marafon yarışı zamanı faciə yaşanıb.
Ştatın Elk-Siti şəhərində keçirilən qaçış üzrə marafon yarışı zamanı 33 yaşlı Tomas Stenlini ildırım vuraraq öldürüb.
Məlumata görə, Stenli 50 kilometrlik yarışın finişinə birinci çatan zaman ildırım idmançının üzərinə düşüb. 3 uşaq atası olan gənc idmançı xəstəxanaya çatdırılsa da dünyasını dəyişib.
Dünyasını dəyişən Stenlinin qələbə medalını həyat yoldaşı alıb