Türkiyə istehsalı olan “7-ci Koğuşdakı Mucize” filmi Fransada uğura imza atıb.
Aras Bulut İynemli və Nisa Sofia Aksongurun baş qəhrəmanı olduğu ekran işi nüfuzlu paylaşım platforması olan “Netflix”də Fransa üzrə ən çox baxılan kino olub.
Bu barədə “Netflix France” rəsmi sosial şəbəkə hesabında məlumat yayıb: “Filmə baxarkən ağlasanız, biz sizə heç bir kömək etməyəcəyik. Sarsıdıcı bir türk filmidir”.