Filippində qasırğa nəticəsində ölənlərin sayı 300-ə çatdı

0
264

Filippində (yerli olaraq “Odette” adlanır) “Rai” tayfunu nəticəsində ölənlərin sayı 300-ü ötüb.

Bu barədə Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasının (NDRRMC) məlumatında deyilir.

Daha əvvəl “Agence France-Presse” polisə istinadla 208 nəfərin öldüyünü bildirmişdi. Öz növbəsində Filippin hakimiyyəti 156 nəfərin öldüyünü açıqlayıb. Onların məlumatına görə, 275 nəfər xəsarət alıb, daha 37 nəfər itkin düşmüş hesab olunur.

Cümə günü, Milad bayramından bir gün əvvəl NDRRMC tayfun qurbanlarının sayının 326-ya çatdığını bildirdi. 661 sakin yaralanıb, 58 nəfər itkin düşüb”, – agentliyin Filippin CNN telekanalına verdiyi açıqlamada deyilir.

Dekabrın 16-da ölkənin yaxın tarixinin ən ölümcül hadisələrindən biri olan “Rai” tayfunu Filippin sahillərinə çataraq torpaq sürüşməsi və daşqın təhlükəsinə səbəb olub. 300 mindən çox insan təxliyə edilib. Qasırğa güclü küləklə müşayiət olunub.