FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Dənizkənarı Milli Parkda tədbir keçirib

0
494

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti iyulun 19-da Dənizkənarı Milli Parkda maarifləndirmə tədbiri keçirib.

FHN-dən bildiriblər ki, Dənizkənarı Bulvar İdarəsinin “Dənizkənarı Milli Park” MMC-nin rəhbərliyinin müraciəti əsasında keçirilən tədbirdə çıxış edən yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Rövşən Bəkirov “Yanğın təhlükəsizliyi qaydaları”ndan danışıb. Bildirib ki, Dənizkənarı Milli Park isti yay günlərində əhalinin sıx toplaşdığı, uşaqların və valideynlərin istirahət etdiyi məkandır. Ona görə də burada təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilməsi çox vacibdir. Bunun üçün yanğına cavabdeh şəxslər, ilk növbədə, işçiləri təlimatlandırmalı, su mənbələrinin, avtomatik yanğınsöndürmə və xəbərverici qurğuların, ilkin odsöndürücü balonların işlək və saz vəziyyətdə olmasına, elektrik təsərrüfatına ciddi diqqət yetirməlidirlər. İşçilər bilməlidirlər ki, əhali tezalışan, partlamaya meyilli maddələrlə ticarət mərkəzlərinə daxil olmamalı, çıxış qapıları, təxliyə yolları açıq saxlanılmalıdır.

Sonda ilkin odsöndürücü balonlardan istifadə qaydası şərti yanğın zamanı əyani surətdə göstərilib.