20-22 avqust 2021-ci il tarixlərində Finlandiyanın Tempere şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında karate üzrə Avropa çempionatı keçirilib.
Turnirdə 45 ölkədən 1090-dan çox idmançı mübarizə aparıb.
Yarışda iştirak etmiş FHN-in İdman-sağlamlıq klubunun karate komandasının idmançısı Nihad Kərimzadə +70 kq çəki dərəcəsində kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub.
İdmançının ilk məşqçisi, Əməkdar məşqçi və 6-cı dan qara kəmər sahibi Akif Kərimov, hazırki şəxsi məşqçisi isə Əməkdar idman ustası, Əməkdar məşqçi, ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.
Füzuli Musayev beynəlxalq turnirdə qalib gəlmiş idmançıyla görüşüb. Qalib idmançını təbrik edən Klub rəisi ona gələcək yarışlarda uğurlar arzulayıb.