FHN binanın çökməsi ilə bağlı açıqlama yaydı

0
303

FHN Bakıda binanın çökməsi nəticəsində xəsarət alanların sayını açıqlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda binanın çökməsi nəticəsində xəsarət alanların sayını açıqlayıb.

FHN-in əməkdaşı Bəxtiyar Tağıyev açıqlamasında bildirib ki, hadisənin baş verdiyi ərazidə “City Garden” şirkəti tərəfindən binanın tikintisi aparılır.

“Tikinti gedən prosesdə binanın ikinci mərtəbəsində beton verilən zaman qəlibləmələrdə boşluqların olduğu hiss olunub. Bu zaman qəlib qaçıb və uçqun baş verib. Bildirilir ki, 3 nəfər yüngül xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Şirkətin nümayəndələri ilə dəqiqləşdirmə aparırıq. Məlumata görə, dağıntılar altında qalan yoxdur. Şirkət əməkdaşları say tərkibi ilə yoxlanılıb, 3 nəfərdən başqa digərləri sağ-salamatdır. Bu ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar inzibati binanın tikintisi də aparılırdı. Bir sözlə, yaşayış binası deyildi”, – o vurğulayıb