FETÖ-də sui-qəsd qorxusu: kəşfiyyat onları aradan götürmək üçün hərəkətə keçdi

0
25

Terrorçu Fətullah Gülənin ölüm xəbərinin ardınca onun yerinə kimin keçəcəyi ilə bağlı suallar gündəmi zəbt edib. Təşkilatın daxilində lider olmaq uğrunda gedən mübarizələrin sui-qəsdlərə yol açacağı deyilir.

Gülənin yerinə FETÖ-nün ABŞ üzrə idarəçisi Cövdət Türkyolu, Avropa üzrə idarəçisi Abdullah Aymaz, media meneceri Ekrem Dumanlı və Mustafa Özcan kimi isimlər önə çıxır.

Təşkilatı idarə etmək üçün həmin şəxslər arasında şiddətli qarşıdurmalar yaşanır. Bu çərçivədə Türkyoluna dəstək verdiyi iddia edilən Mustafa Özcanın sui-qəsd qorxusundan gizli planlar hazırladığı iddia edilir.

Eləcə də qurumun Avropa qolunu idarə edən Abdullah Aymazın “Lider olmasam, təşkilatı iki yerə böləcəm” sözləri ilə təhdid etdiyi qeyd edilir.

Bu mövzuda Aymaza ən böyük dəstək verən adlarından biri isə, təşkilatın önəmli üzvlərindən sayılan Barbaros Koçakurtdur. Bildirilir ki, təşkilat daxilində hər an Abdullah Aymaz və Barbaros Koçakurta qarşı Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən sui-qəsd cəhdi kimi böyük gözləntilər var.