Fazil Mustafanın son durumu AÇIQLANDI

0
135

“Fazil müəllim bu gün daha yaxşıdır. Artıq hər şey geridə qaldı, günbəgün vəziyyəti daha da yaxşı olacaq”.

Bu barədə açıqlamasında martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib. 

O bildirib ki, qardaşının müalicəsi həkimlərin nəzarətində davam edir:

“Həkimlər vəziyyətinin günbəgün daha da yaxşı olduğunu deyirlər. Artıq reabilitasiya prosesi gedir. Ona sakitlik lazımdır. Şükür olsun ki, həyati təhlükəsiz yoxdur. Həkimlərin dediklərinə görə, növbəti əməliyyatlara ehtiyac olmayacaq”.

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.