Fatih Dönməz: “Türkiyə Azərbaycanla qaz alışı barədə müqavilələri uzatmaq niyyətindədir”

0
325

Türkiyə Rusiya, Azərbaycan və İranla təbii qazın alqı-satqısına dair sazişləri uzatmaq niyyətindədir.

Bu barədə çərşənbə axşamı ölkənin Energetika Nazirliyinin rəhbəri Fatih Dönməz bildirib.

“Bizim əsas təchizatçılarımız Rusiya, Azərbaycan və İrandır. Biz onlarla müqavilələri yeni müddətə uzatmaq niyyətindəyik. Biz enerji ehtiyaclarımızı ödəməyə çalışırıq”, – o, “Haber Global” telekanalının efirində bildirib.