“Fairmont Hotel”də karantini pozan və jurnalistləri təhqir edən şəxsin kimliyi bəlli oldu – FOTO/VİDEO

0
925

Xüsusi karantin rejimini pozaraq “Fairmont Baku” hotelində istirahət edən, görüntülər yayıldıqdan sonra isə jurnalistləri təhqir edən şəxsin kimliyi müəyyənləşib.

Məlumata görə, jurnalistləri təhqir edən şəxs İsmayıl Babayevdir.

Artıq Cəlilabad rayon sakini 1992-ci il təvəllüdlü İsmayıl Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilib.

İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Əlavə olaraq bildirək ki, İsmayıl Babayev ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili ilə Nərimanov rayonu ərazisində qəza törətmiş, üç avtomobili yararsız hala salmışdı.