Azərbaycan Prezidenti İlham Əliyev tanınmış məşqçi Faiq Qarayevlə bağlı sərəncam verib.
Sərəncamda deyilir:
“Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Faiq Əli oğlu Qarayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse-prezidenti olan Qarayev qadın voleybolçulardan ibarət milli yığmanın da baş məşqçisidir.