Respublikamızın İctimai Nəzarət Koalisiyası Faiq Kərimovun millət vəkili olması üçün təbliğat-təsviqat konpaniyalarını davam etdirir.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Faiq Kərimovun növbəti görüşü Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Evində Zəngilan və Qubadlı rayonundan olan seçicilərlə keçirilib.
İNK-nın sədri, DAMM-ın I vitse prezidenti, SİMİB-in rəhbəri Rasim Məmmədov F. Kərimovun layiqli millət vəkili olacağına və hər zaman xalqın səsinə səs verəcəyinə inandığını vurğulamışdır.
İzdihamla müşayiət olunan görüşdə deputatlığa namizəd Faiq Kərimov onların həqiqi vəkili olmağı üçün bu yola çıxdığını bildirib. Seçicilər və görüş işirakçıları da F. Kərimovu yaxından tanıdıqlarını, onun fəaliyyətindən razı qaldıqlarını bildiriblər.
F. Kərimov sakinlərə vaxt ayırıb onunla görüşə gəldikləri üçün dərin minnətdarlığını bildirmişdir.
Görüş zamanı həmçinin vətəndaşların müraciətləri dinlənilib.
“ictimaixeber.az”