Xalq artisti Faiq Ağayevə vəzifə verilib.
Sənətçi “Azad Azərbaycan”(ATV) televiziyasında Bədii Şuraya üzv seçilib.
Bu barədə Ağayevin özü şəxsi “Facebook” hesabında yazıb.
“ATV-nin Bədii Şurası ilk iclasını keçirdi. Əsaslı fikir mübadiləsi oldu, yaranmış probləmlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səsləndi.
Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığa, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm”.