“Facebook” istifadəçilərə yeni növ koronavirusa dair yalan məlumat barədə xəbər verəcək

0
372

Facebook Inc.” şirkəti istifadəçilərə COVID-19 haqqında əsası olmayan informasiya barədə xəbər verəcək.
əgər istifadəçi “Facebook”da virus haqqında yalan və ya təhlükəli informasiya olduğu müəyyənləşdirilmiş posta münasibət bildirərsə (bəyənərsə, paylaşarsa, şərh edərsə), sosial şəbəkə Ümumdünya Səhiyyə Təşkilatının saytında COVID-19 haqqında müvafiq bölməyə istinadla istifadəçini informasiyanın əsaslı olmadığı barədə məlumatlandıracaq. Bu cür məzmuna, məsələn, virusla mübarizədə təcridin kömək etməməsi, yaxud məişətdə işlənən təhlükəli kimyəvi maddələrdən istifadə ilə virusdan sağalma kimi əsası olmayan postlar aiddir.
“Facebook”un yaradıcısı Mark Zukerberq bildirib ki, virus haqqında yalan məlumat istifadəçilər üçün siyasi yalandan daha çox təhlükə doğurur.
Son məlumata görə, koronavirusa yoluxanların sayı dünyada 2,2 milyona yaxınlaşır, xəstəlikdən 145 min insan ölüb, 0,5 milyondan çox insan sağalıb.