Facebook etiraf etdi: Səsləri dinləyirik

0
442

Bir xəbər kanalı olan Bloomberg-ə verdiyi açıqlamada Facebook, yalnız Messenger vasitəsilə göndərilən səs mesajlarını yazmadığını, eyni zamanda Facebook Portalı ilə ünsiyyət quran insanların səsini yazdıqlarını və üçüncü tərəflərlə paylaşdıqlarını etiraf edib.

 

Keçən ilin avqustunda Bloomberg, Facebook-un səs tanıma sistemlərinin düzgünlüyünü yoxlamaq üçün səslərin real insanlar tərəfindən dinlənildiyini və qeyd edildiyini bildirmişdi. Bu xəbər yayıldıqdan sonra şirkət, Messenger vasitəsilə göndərilən səsli mesajlarda istifadə edilən təcrübəni dayandırdığını açıqlamışdı.

Digər tərəfdən, Facebook, yeni bir portal cihaz qrupunun istifadəyə verilməsi ilə “Hey Portal” əmri ilə cihazı aktivləşdirən istifadəçilərin səslərini dinlədiklərini və qeyd etdiklərini və bu qeydləri üçüncü tərəflərə göndərdiklərini etiraf edib.

Mövzuyla əlaqədar danışan Facebook meneceri Andrew Bosworth “Keçən ay ‘Hey Portal’ əmri ilə səs təhlilini dayandırdıq. İnsanlara daha çox şəffaflıq və nəzarət verən bir plan üzərində çalışdıq” deyə bildirib.

Bu hadisələrdən sonra böyük reaksiyalar toplayan və geriyə addımlayan sosial media nəhəngi, Portal cihazlarında insanların səslərini yazmağa davam edir, lakin istifadəçilərə bu seçimi ləğv etməyə imkan verir. Burada vacib bir detal, istifadəçilər heç bir dəyişiklik etmədən Portaldan istifadə etməyə davam edərsə, Facebook avtomatik olaraq dinləməyə davam edir