Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yardım edən üçüncü ölkələri hədələyib.
Putin həmin ölkələrin aerodromlarının hədəfə alına biləcəyini bildirib.
Dövlət başçısı bu məsələyə Tver vilayətində hərbi pilotlarla söhbəti zamanı toxunub.
“Əgər F-16-lar üçüncü ölkələrin aerodromlarından Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə edilərsə, onlar Rusiya Federasiyası üçün qanuni hədəfə çevriləcəklər”, – Putin vurğulayıb.
Putin həmçinin bildirib ki, F-16-ların Ukraynaya mümkün tədarükü döyüş meydanındakı vəziyyəti dəyişməyəcək:
“Bu gün tankları, zirehli texnikaları, o cümlədən çoxsaylı buraxılış raket sistemlərini məhv etdiyimiz kimi, təyyarələri də məhv edəcəyik”.