“Dumanlı Təbriz”,Qılınc və Qələm”,” Döyüşən Şəhər”,Gizli Bakı “,”Qanlı illər” kimi tarixi romanların müəllifi M.S Ordubadinin 150 illiyinə həsr olunmuş tədbirlərin davamı olaraq ədibin xatirə muzeyinin direktoru Lalə xanım başda olmaqla muzeyin əməkdaşları Rasimə xanım, Lamiyə xanım İradə xanım , ədibin bacısı qızı İqtisad Universitetinin müəllimi Həqiqət xanım və onun qızı Aybəniz xanım və tədbirə dəvət olunmuş “C.Novruz Fondunun”əməkdaşı , şairlərimizin şeirlərinin mahir ifaçısı,”C.Novruz” mükafatçısı jurnalist Rəsmiyyə xanım,Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi İB nın fəxri əməkdaşı,AJB üzvü,publisist Nəzakət Kərimova Əhmədova və digər qonaqlarla yanaşı Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin məktəbin sinif müəllimi Kəmalə İbadovanın rəhbərliyi ilə məktəblilərlə valideynlərin də iştirakı Fəxri Xiyabanda çox maraqlı keçdi.Muzeyin direktoru Lalə x.,ədibin qohumu Həqiqət x , Rəsmiyə x,İradə x.və digərləri M.S.Ordubadinin həyat və fəaliyyətindən , onun haqqında xatirələrini bir daha məktəblilərin nəzərinə çatdırdılar.Gənc nəslə vətənpərvərlik tərbiyəsinin aşılanmasında muzeylərin əvəzolunmaz rolundan danışıldı. İştirakçılar ədibin məzarı önünə tər çiçəklər düzdülər.Sonra bu gün dogum günü olan sevimli xalq şairimiz Fikrət Qoca nın da abidəsi ziyarət olunaraq tər çiçəklərlə anıldı.
Tədbir içtirakçıları ümummilli liderimiz H.Əliyevin və bu günlərdə anadan olmasının 99 illiyini qeyd etdiyimiz görkəmli oftalmoloq Zərifə xanımın heykəlləri önünə tər çiçəklər qoyuldu, xatirə şəkilləri çəkildi.Valideynlərin ,müəllimlərin və iştirakçıların istəkləri nəzərə alınaraq Bülbülün, S.Vurgunun,Niyazinin, C.Cabbarlı və C.Novruzun da məzarlarını ziyarət edənlər Rəsmiyyə xanımın ifasında “Ana”,”Saglıgında qiymət verin insanlara” şeirlərini özünə məxsus bir tərzdə ifa etdi. Dinləyicilər Rəsmiyyə xanımın ifasını alqışlayaraq ona təşəkkür etdilər.Sonda məktəblilər tanıdıqları, eşitdikləri məşhurların da məzarlarını ziyarət etdilər , xatirə.şəkilləri çəkdirdilər…
Nəzakət Kərimova Əhmədova,AJB üzvü, yazar publusist.