Rusiyanın Oryol vilayətinin qubernatoru Andrey Klıçkov, bölgədəki hamilə məktəbli qızlara sosial dəstək tədbiri olaraq 100 min rubl veriləcəyi barədə fərman imzalayıb.
Fərmanın mətnini “Axe. Economy” Telegram kanalı dərc edir. Bildirilir ki, bu dəstək tədbiri əvvəllər universitet və texnikumların hamilə tələbələri üçün müəyyən edilib. İndi oxşar qayda bölgə məktəblərində şagirdlərə şamil edilib.
Fərman rəsmi dərc edildiyi gündən qüvvəyə minir.