“Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal istefa verib.
Bu barədə klub açıqlama yayıb.
Bildirilib ki, onun istefası qəbul olunsa da, Yanal Türkiyə kubokunda “Trabzonspor”la keçiriləcək oyundan sonra komandadan ayrılacaq.
O, “Trabzonspor”a qarşı ölkə kubokunun yarımfinal mərhələsinin səfər görüşündə son dəfə komandanı meydana çıxaracaq.
Qeyd edək ki, “Fənərbaxça” ilə “Trabzonspor” arasında kubok görüşü martın 3-də keçiriləcək.