“Fənərbağça” baş məşqçisi ilə yolları ayırdı

0
275

“Fənərbağça”  baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.

Portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında ləğv olunub.

Qeyd edək ki, Pereyra bu ilin iyulun 2-dən İstanbul təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasına düşüb.

“Fənərbağça” Türkiyə Superliqasında isə 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.