“Fələstin İsrail torpağıdır” dedi, ortalıq qarışdı…

0
12

İsrailin xarici işlər naziri Gideon Saar Münxen Təhlükəsizlik Konfransında Fələstinə qarşı qalmaqallı açıqlama verib.

Saar İsrailin Qəzzada məqsədlərindən birinin bütün məhbusları geri qaytarmaq olduğunu bildirib.

“Geri gətirdiyimiz hər bir məhbus bizi bu məqsədə çatmağa daha da yaxınlaşdırır”, – deyə o qeyd edib.

Nazir, həmçinin fələstinli müxbirinin sualına qalmaqallı cavab verib: “Bizim təxribat yolundan əsla vaz keçməyən bir düşmənimiz var. Fələstin dediyin yer İsrail ərazisidir”.

Bu açıqlamalar müzakirələrə səbəb olub.