Eynşteynin Ruzveltə yazdığı məktub SATILDI – Fizik hansı təhlükədən bəhs edirdi?

0
44

Məşhur fizik Albert Eynşteynin ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə ünvanladığı məktub “Christie’s” hərracında 3,92 milyon dollara satılıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bu məktub iki versiyada mövcuddur: göndərilmiş nüsxə Nyu-Yorkun Hayd Parkındakı Ruzvelt Muzeyi və Kitabxanasında saxlanılır. Eynşteyn tərəfindən imzalanan və orijinaldan bir qədər qısa olan satılan sənəd əvvəllər “Microsoft”un mərhum həmtəsisçisi Paul Allenə məxsus idi. Hərrac evi onu 4 milyon dollar dəyərində qiymətləndirib.

Bu iki səhifəlik məktubda Eynşteyn Ruzvelti nasist nüvə tədqiqatlarının “son dərəcə güclü bombalar” yaratmaq üçün istifadə oluna biləcəyi barədə xəbərdar edir.

Bu məktubu aldıqdan sonra Ruzvelt Manhetten Layihəsinin sələfi olan bir komitə yaradıb.