Evlilik və doğum azalıb, boşanma… – Ermənistanda demoqrafik böhran

0
155

Ermənistanda 2023-cü ildə 36 265 uşaq doğulub ki, bu da 2022-ci illə müqayisədə (36 375) 110 uşaq azdır.

Bu Ermənistan Milli Statistika Xidmətinin məlumatlarında deyilir.

2023-cü ildə 17 213 qız və 19 052 oğlan doğulub.

Eyni zamanda, ölənlərin sayı da azalıb. Belə ki, hesabat dövründə 24 305 nəfər dünyasını dəyişib ki, bu da ötən ilki göstəricidən 2 387 nəfər azdır.

Ən çox Ermənistanda insanlar qan dövranı sistemi, xərçəng, tənəffüs sistemi, həzm sistemi xəstəlikləri və yoluxucu xəstəliklərdən (azalan qaydada) ölürlər.

Nikahlara gəlincə, onların sayı 2022-ci illə müqayisədə 588 nəfər azalaraq 2023-cü ildə 16 207 nəfər təşkil edib.

Eyni zamanda, boşanmaların sayı dəyişməz qalıb, 2023-cü ildə 4525 hadisə qeydə alınıb. Eyni zamanda, ən çox boşanma İrəvan, Kotayk, Loridə olub.