Bu gündən Türkiyədə zəlzələdən zərər çəkmiş vilayətlərdə Ailə və Gənclər Fonduna evlilik krediti ilə bağlı müraciətlər başlayır. Fonddan 48 ay ödəmə və 2 il güzəşt müddəti ilə 150 min lirə kredit dəstəyi veriləcək.
Ailə və Gənclik Fondu ilə bağlı qaydaları əhatə edən əsasnamə Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Rəsmi Qəzet”də dərc edilib. Gənc cütlüklər nikahdan əvvəl və sonra məcburi təlim və məsləhət xidmətləri alacaqlar. Öz biznesini qurmaq istəyən gənc sahibkarlara da dəstək veriləcək.
Xəzinədarlıq və Maliyyə Nazirliyinin nəzdində yaradılmış Fond ailə müəssisəsini gücləndirmək və gənc sahibkarlara dəstək göstərmək məqsədi daşıyır. Fonda neft, təbii qaz və mineral ehtiyatlardan əldə edilən gəlirin 20 faizi köçürüləcək.
Fond mənbələri və köçürmələrlə bağlı maliyyə məlumatları hər 6 aydan bir ictimaiyyətlə paylaşılacaq.